Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları Vətən müharibəsində şəhid olan məzunların ailələrini ziyarət edib

AzTU əməkdaşları Vətən müharibəsində şəhid olan məzunların ailələrini ziyarət edib

17.06.2022     229     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları – Rüfət Mustafayev və 16 iyunda doğum günü olan Elçin Həsənlinin ailələri ziyarət olunub.

Şəhidlərin ailə üzvləri ilə görüşdə Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, AzTU SABAH qruplarının rəhbəri Aytən Sadıqova və Arxiv şöbəsinin müdiri İlhamə Eyvazova iştirak ediblər. Görüş zamanı şəhid məzunların tələbəlik illərindəki xatirələrindən söhbət açılıb, vətənpərvərlik hisslərinin yüksək olması vurğulanıb. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Qeyd olunub ki, şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetin tələbələri arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılır. AzTU-nun tələbə və məzunlarının torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi xüsusi olaraq vurğulanıb.

Daha sonra Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunan şəhid məzunlar Rüfət Mustafayev və Murad Məmmədovun məzarları ziyarət olunub.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə ucalıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

  

 

  



Digər xəbərlər