Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə Azərbaycan və Türkiyənin enerji şirkətləri arasında anlaşma memorandumu imzalanıb

AzTU ilə Azərbaycan və Türkiyənin enerji şirkətləri arasında anlaşma memorandumu imzalanıb

20.09.2022     265     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə "Azerbaijan Energy Engineering and Consulting" MMC və Türkiyənin EPRA (EPRA Engineering, Procurement Recearch an Analysys) şirkəti arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər elektroenergetika sektorunda mövcud problemlərin həllinə və enerji sisteminin ehtiyaclarının ödənilməsinə yönəlmiş tədris proqramlarının hazırlanması, tədqiqat, məsləhət və texniki xidmətlərin göstərilməsi ilə bağlı universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.


Digər xəbərlər