Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU komandası Tələbə Basketbol Liqasının seçmə mərhələsində ilk oyunun qalibi olub

AzTU komandası Tələbə Basketbol Liqasının seçmə mərhələsində ilk oyunun qalibi olub

27.10.2022     385     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında Tələbə Basketbol Liqasının 2022/2023-cü il üzrə seçmə mərhələsinə start verilib. İlk qarşılaşma AzTU və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları arasında keçirilib. Oyunun nəticəsinə əsasən, AzTU komandası 106:52 hesabı ilə BANM-a qalib gəlib.

Qeyd edək ki, AzTU komandası noyabrın 3-də Azərbaycan Dillər Universiteti, noyabrın 10-da Qərbi Kaspi Universiteti, noyabrın 12-də isə  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası ilə qarşılaşacaq. 


Digər xəbərlər