Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun dosentinin həmmüəllifi olduğu dərslik ingilis dilində nəşr edilib

AzTU-nun dosentinin həmmüəllifi olduğu dərslik ingilis dilində nəşr edilib

28.11.2022     192     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) dosenti,  Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Xəyaləddin Tağıyev və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank of Baku“ ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmovun həmmüəllifi olduğu “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik ingilis dilində nəşr edilib. Rəqəmsal ödəniş ekosistemi haqqında nəzəri və praktik bilikləri əks etdirən dərslik Mərkəzi Bankın tərcüməçisi Kəmalə Rüstəmova tərəfindən bu sahənin spesifik terminləri nəzərə alınmaqla ingilis dilinə tərcümə edilib.

Dərsliyin ingilis dilində nəşri ölkəmizdə formalaşmış rəqəmsal ödəniş ekosistemi və onun xüsusiyyətləri, həyata keçirilən islahatlar və inkişaf tarixi, tətbiq edilən innovativ ödəniş həll və texnologiyaları haqqında təhsil müəssisələri ilə yanaşı, yerli və beynəlxalq maliyyə institutları üçün etibarlı və zəruri olan məlumatın əldə edilməsinə, həmçinin müvafiq biliklərə yiyələnməyə imkan verəcək.

Dərslik ABA, AMFA, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı və fintex ekosistemində təmsil olunan qabaqcıl maliyyə institutlarının dəstəyi əsasında nəşr edilib. 

 

 


Digər xəbərlər