Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib

AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib

28.10.2022     369     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda yay imtahan sessiyasının nəticələri, 2022/2023-cü tədris ili üzrə tələbə qəbulunun yekun hesabatı dinlənilib.

AzTU-nun Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə əməkdaşlığı çərçivəsində icrasına başlanılan “AzTU-Turkish Aerospace, MGP 2023” proqramı haqqında da şura üzvlərinə məlumat verilib. Qeyd olunub ki, bakalavriat (IV kurs ), magistratura (I və II kurs ) və doktorantura səviyyələrində təhsil alan və akademik göstəriciləri yüksək olan tələbələr arasından seçiləcək 48 nəfər dinləyici statusu qazanaraq 4 ay müddətində sözügedən proqramda iştirak edəcək.

İclasda, həmçinin ingilis dilinin tədrisinin daha da təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub.


Digər xəbərlər