Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Burdan min atlı keçdi” adlı tamaşanı izləyib

AzTU-nun əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Burdan min atlı keçdi” adlı tamaşanı izləyib

21.06.2022     225     AzTU

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları üçün görkəmli şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunub. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdim etdiyi tamaşa ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.

Tamaşada, tarixən Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın taleyindən, Qarabağ hadisələrinin yenicə başladığı dövrdə ermənilərin xalqımıza qarşı törətdiyi etnik təmizləmə siyasətindən, möhtərəm Prezidentimizin əzmi nəticəsində həmin siyasəti iflasa uğradan zəfər Qələbəsinə gedən yolun prioritetlərindən bəhs edilir. Əsrlərlə Qərbi Azərbaycanda bədxahlarımızın mənfur əməllərinə sinə gərən seçilmiş şəxsiyyətlərin gərgin mübarizəsi, o cümlədən Ümummilli Liderimizin yorulmaz və dönməz fəaliyyəti işıqlandırılır. Ulu öndər Heydər Əliyevin bədii obrazının simasında o böyük şəxsiyyətin milli məfkurəsi, vətən, torpaq və xalq sevgisi, dövlətçilik prinsipləri təcəssüm etdirilir.

Alqışlarla qarşılanan tamaşanın sonunda rektor Vilayət Vəliyev tamaşa haqqında fikirlərini bölüşərək teatr kollektivinə uğurlar arzulayıb.

  

 

   

 






Digər xəbərlər