Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun magistr məzunu, Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin doğum günüdür

AzTU-nun magistr məzunu, Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin doğum günüdür

22.11.2022     271     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr məzunu, Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin doğum günüdür.

Məhəmmədəli İbrahimli 22 noyabr 1996-cı ildə Beyləqanda anadan olub. Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli 2003-2014-cü illərdə 215 nömrəli orta məktəbdə təhsil alıb. O, 2018-2020-ci illərdə AzTU-da magistr təhsili alıb.

Məhəmmədəli İbrahimli 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib.

Oktyabrın 3-də Suqovuşanın alınması uğrunda gedən ağır döyüşlərdə iştirak edən cəsur hərbçi hər iki qolundan və ayağından yaralanıb. Buna baxmayaraq, üç yaralı və bir şəhid yoldaşını təhlükəsiz əraziyə çıxartmağı özünə borc bilib. Döyüşdən sonra yaralarının sağalması üçün 15 günlük Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilib. Lakin üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıdıb.

Məhəmmədəli İbrahimli oktyabrın 13-də Ağdərə istiqamətində düşmən postuna kəşfiyyat bölüyünün hücumunda iştirak edib. Döyüş yoldaşlarının şəhid olduğunu görən Məhəmmədəli təkbaşına düşmən səngərinə hücum edib. O, qumbara ilə 20-dən çox düşmən əsgərini məhv edib, özü də şəhidlik zirvəsinə ucalıb. Ailəsinin iki aydan çoxdur xəbər gözlədiyi şəhidin nəşini ərazidən 63 gün sonra götürmək mümkün olub. Məhəmmədəli İbrahimli dekabrın 15-də Sabunçu rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!


Digər xəbərlər