Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun məzunu, şəhid Əbdülməcid Axundovun 30 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-nun məzunu, şəhid Əbdülməcid Axundovun 30 illik yubileyinə həsr olunan tədbir keçirilib

21.11.2023     268     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin məzunu, Aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun 30 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər və universitetin nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daha sonra “Mən səninləyəm, Ana Vətən!” adlı bədii-sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edənlər Əbdülməcid Axundovla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Əbdülməcid Axundov istər məktəbdə, istərsə də universitetdə təhsil aldığı vaxtlarda həm təhsili, həm də vətənpərvərliyi ilə nümunə olub. O da vurğulanıb ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə ötürülməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir, tədbirlər təşkil olunur.

Əbdülməcid Axundovun valideyni Ceyran Həsənova AzTU-da şəhidlərin əziz xatirəsinin hər zaman yad olunduğunu vurğulayıb. Bildirib ki, şəhidlərin qəhrəmanlığının gələcək nəsillərə ötürülməsi gənclərdə vətənpərvərlik hisslərinin yüksəlməsinə xidmət edir.

Tədbirdə Əməkdar artist Aqşin Abdullayev və digər ifaçılar vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.


Digər xəbərlər