Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub

AzTU-nun nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub

21.11.2022     460     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Türkiyənin bir sıra universitetlərində işgüzar səfərdə olub. Səfər Elm və Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi çərçivəsində AzTU-nun qalib olduğu “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində həyata keçirilib.

Səfərdə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov, beynəlxalq  əlaqələr üzrə prorektoru Fariz Məmmədov və  Elektrotexnika və elektrik avadanlıqları kafedrasının müdiri Hikmət Əliyev iştirak edib.

Səfər çərçivəsində AzTU nümayəndə heyəti Qazi Universiteti ilə elektrik və elektronika mühəndisliyi ixtisası üzrə yerinə yetiriləcək ikili diplom proqramının detallarını barədə fikir mübadiəsi aparıb, həmçinin Ankara Universiteti ilə birgə həyata keçirilən kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının icrası zamanı yaranan məsələləri müzakirə edib, universitetlərin rəhbər şəxsləri ilə görüşlər keçiriblər.

Nümayəndə heyəti eyni zamanda Türkiyənin Bilkent, Eskişeher Texniki və Hacettepe Universitetində olub, prorektor və digər rəhbər şəxslərlə görüşlər keçiriblər.

Bilkent Universitetində keçirilən görüşlərdə multidissiplinar istiqamətlərdə birgə tədqiqatlar və professor-müəllim heyətinin qarşılıqlı mübadilə imkanları müzakirə edilib.

Eskişeher Texniki Universitetində kimya mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Hacettepe Universitetində görüş zamanı tərəflər arasında icra edilən layihələr və əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Eyni zamanda Hacettepe Universiteti ilə AzTU-nun magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi barədə ilkin razılığa gəlinib.  


Digər xəbərlər