Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun nümayəndə heyəti Ukraynada beynəlxalq konfransda iştirak edib

AzTU-nun nümayəndə heyəti Ukraynada beynəlxalq konfransda iştirak edib

28.10.2021     194     Arxiv

Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə tərəfdaş universitetlərin iştirakı ilə beynəlxalq konfrans və idarəedici heyətin növbəti görüşü keçirilir.

Ukraynanın Bila Tserkva Milli Aqrar Universitetində təşkil edilən tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov, rektorun elmi-tədqiqat məsələləri üzrə müşaviri Fariz Məmmədov, layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva təmsil edir. 

Görüşlər və konfrans zamanı layihə çərçivəsində “universitetlərin aqrar sektorda klasterləşməyə töhfəsi”, “layihələrin yerinə yetirilməsi zamanı komanda işində fərqlər: fürsətlər və maneələr”, “tətbiqi tədqiqatdan  innovasiya və sahibkarlığa: onu necə yerinə yetirilməli?” və digər mövzularda təlim proqramları və kurslarının işlənməsində səriştələr üzrə istiqamətlər müzakirə olunub. 

Konfrans işini oktyabrın 29-da yekunlaşdıracaq.


Digər xəbərlər