Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Tofiq Mansurov Moskva Rabitə və İnformatika Texniki Universitetində “İnformasiya cəmiyyətinin texnologiyaları-2022” mövzusunda XVI beynəlxalq elmi-texniki konfransda çıxış edib. Onun məruzəsi diploma layiq görülüb.
Tofiq Mansurov, həmçinin Belarus Dövlət Rabitə Akademiyasında “Telekommunikasiya və poçt rabitəsində yeni informasiya texnologiyaları” mövzusunda XXII beynəlxalq elmi-texniki konfransın açılışında iştirak edib.
Azərbaycan, Qazaxıstan, Livan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistandan olan tələbələr və onların elmi-rəhbərlərinin iştirak etdiyi konfransda AzTU-nun professoru çıxış edib və konfransın işinə uğurlar arzulayıb. Konfransın sonunda iştirakçılara sertifikat təqdim olunub.