Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun professoru vəfat edib

AzTU-nun professoru vəfat edib

12.03.2023     451     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi Eldar Qocayev uzunsürən xəstəlikdən sonra ötən gecə 79 yaşında vəfat edib.

Eldar Qocayev 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində təhsil alıb.

O, 1997-2021-ci illərdə AzTU-nun Fizika kafedrasının müdiri vəzifəsində çalışıb. 2021-ci ilin fevralından AzTU-da yeni yaradılmış Mühəndis fizikası və elektronika kafedrasına rəhbərlik edib.

Səhhəti ilə əlaqədar 2023-cü ildə öz xahişi ilə Mühəndis fizikası və elektronika kafedrasının müdiri vəzifəsindən azad olunub və həmin kafedrada məsləhətçi-professor vəzifəsində çalışıb.

Onun rəhbərliyi ilə 31 fəlsəfə doktoru, 5 elmlər doktoru dissertasiyası müdafiə olunub.

Fizika sahəsində 530-dan çox elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqaləsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.

AzTU-nun rəhbərliyi və kollektivi Eldar Qocayevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!


Digər xəbərlər