Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun rektoru “Clarivate Analytics” şirkətinin nümayəndələri ilə görüşüb

AzTU-nun rektoru “Clarivate Analytics” şirkətinin nümayəndələri ilə görüşüb

14.11.2023     289     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Clarivate Analytics” şirkətinin Baltik, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə koordinatoru Anna Trifonova, tədqiqat və analitika üzrə mütəxəssis Massimiliano Bearzotla görüşüb. Görüşdə AzTU-nun nümayəndələri də iştirak edib.

Rektor Vilayət Vəliyev “Clarivate Analytics”şirkəti ilə AzTU-nun 2015-ci ildən başlayan əməkdaşlığının uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, universitet şirkətlə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

Görüşdə “Web of Science” beynəlxalq reytinqli elmi nəşrlər platforması ilə əməkdaşlıq, elmi jurnalların, dissertasiya işlərinin beynəlxalq bazalara daxil edilməsi və istinadların artırılması istiqamətində müzakirələr aparılıb.    

Eyni zamanda maşınqayırma, materialşünaslıq, enerji, iqtisadiyyat və idarəetmə sahələrində konfrans nəşrlərinin “Web of Science” platformasına daxil edilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.


Digər xəbərlər