Rektor dünyada Azərbaycanın adını layiqincə təmsil etdiklərinə görə komanda üzvlərinə təşəkkür edib. Bildirib ki, komandanın daha da inkişaf etməsi üçün tələbələrə bundan sonra da bütün şərait yaradılacaq. “Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və ADNSU-nun tələbəsi Fərid Şixiyev onların olimpiadaya hazırlaşması üçün AzTU-nun "CezeriLab" laboratoriyasında yüksək şərait yaradıldığını bildiriblər. Tələbələr onlara göstərdiyi dəstəyə görə AzTU-nun rektoru Vilayət Vəliyevə təşəkkür ediblər. Daha sonra çıxış edən AzTU SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova, komandanın mentoru Günel Məmmədli komandanın olimpiadaya hazırlıq prosesindən yarışın sonuncu gününə kimi AzTU rəhbərliyinin xüsusi dəstəyinin olduğunu vurğulayıblar.