Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun rektoru İspaniya və Portuqaliyada işgüzar səfərdə olub

AzTU-nun rektoru İspaniya və Portuqaliyada işgüzar səfərdə olub

28.09.2022     679     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilən “TA-9564-REG: Üzən Günəş Enerjisinin İnkişafı” texniki dəstək layihəsi çərçivəsində İspaniya və Portuqaliyada işgüzar səfərdə olub. 

 

Səfərdə, həmçinin AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Agentliyin şöbə müdirinin müavini Fuad Həsənov, “Azalternativenerji” MMC-nin direktoru Madar Quliyev iştirak ediblər.   

 

Səfərdə məqsəd bərpa olunan enerji mənbələri, o cümlədən üzən günəş panellərinə dair qabaqcıl təcrübələrin öyrənilməsi, layihənin Azərbaycanda və Qırğızıstanda icrası istiqamətində növbəti addımların müzakirə edilməsi, mövcud layihə təcrübəsinin paylaşılmasından ibarət olub. 

Səfər çərçivəsində “TA-9564-REG: Üzən Günəş Enerjisinin İnkişafı” texniki dəstək layihəsinin beynəlxalq məsləhətçi və tikinti şirkətlərində (OCA Global və Gamma Solution) layihənin icrası üzrə müzakirə və sahəvi baxış həyata keçirilib.

Sahəvi baxış zamanı İspaniyanın üzən günəş qurğuları üzrə ixtisaslaşmış mühəndislik və istehsal şirkətində (Isigenere) üzən günəş qurğularının istismarı və saxlanılması, bu istiqamətdə təlimlərin verilməsi kimi bir sıra məsələlər müzakirə edilib. 

Daha sonra İspaniya elektrik sisteminin yeganə ötürücü agenti və operatoru olan “Red Electrica de Espana” (TSO) Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub.

Portuqaliyada isə Avropada ən böyük üzən günəş stansiyası olan “Energias de Portugal” şirkətinin “Alqueva” layihəsi ilə tanışlıq həyata keçirilib. Sözügedən layihə su və günəş enerjisinin bir-birini tamamladığı və həcm etibarı ilə sınaqdan keçirilən ən böyük layihədir. Görüşdə bu sahədə təcrübə mübadiləsi və kadr hazırlığına töhfə verilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub. 


Digər xəbərlər