Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun rektoru Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

AzTU-nun rektoru Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

26.10.2022     392     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində forum keçirilir. Forum çərçivəsində AzTU-nun rektoru Vilayət Vəliyev Koreyanın Azərbaycandakı səfiri Eun Yong Lee və Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) əməkdaşları ilə görüşüb. Rektor AzTU-da görülən işlər və həyata keçirilən yeniliklərlə bağlı səfirə məlumat verib. Bildirib ki, AzTU STEPI ilə texnoparkların qurulması, innovativ ekosistemin formalaşdırılması və digər istiqamətlərdə əməkdaşlıq edə bilər. Koreyanın Azərbaycandakı səfiri Eun Yong Lee AzTU-da keçirilən forumun əhəmiyyətindən danışıb.

Görüşdən sonra forumun açılış mərasimi keçirilib.

Forumun sessiyalarında “Bilik laboratoriyası formatında keçirilən onlayn mühazirələrin nəticələrinə dair”, “Koreyada texnologiyanın kommersiyalaşdırılması idarəetməsi”, “Koreyada əqli mülkiyyətin idarə edilməsi”, “Koreyada texnologiyaların kommersiyalaşdırılması proqramı”, “Koreyada universitet startapları”, “Koreyada insan resurslarının inkişafı” mövzuları üzrə məruzələr dinlənilib.

Qeyd edək ki, forumun sonunda iştirakçılara STEPI tərəfindən sertifikatlar təqdim ediləcək.


Digər xəbərlər