Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun rektoru Madrid Politexnik Universitetinin professor-müəllim heyəti ilə görüşüb.

AzTU-nun rektoru Madrid Politexnik Universitetinin professor-müəllim heyəti ilə görüşüb.

29.09.2022     491     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev İspaniyaya işgüzar səfəri çərçivəsində Madrid Politexnik Universitetinin qonağı olub və universitetin professor-müəllim heyəti ilə görüşüb.

Görüşdə, həmçinin AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Agentliyin şöbə müdirinin müavini Fuad Həsənov, “Azalternativenerji” MMC-nin direktoru Madar Quliyev iştirak ediblər.   

Görüş zamanı bərpa olunan enerji mənbələri üzrə magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi müzakirə edilib. Hazırda icrası davam etdirilən “Erasmus+” layihəsi çərçivəsində növbəti ildən professor-müəllim heyətinin, eləcə də magistr və doktorant tələbələr arasından seçilən 6 nəfərin Madrid Politexnik Universitetinə təcrübə mübadiləsinə göndərilməsi ilə bağlı məsələlərə dair razılıq əldə olunub.

Həmçinin perspektiv əməkdaşlıq, universitet-sənaye işbirliyinin inkişafı, habelə birgə layihələrdə iştirakla bağlı da faydalı müzakirələr aparılıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti İspaniya Sənaye Nazirliyi və Madrid Politexnik Universitetinin birgə təşəbbüsü ilə 1949-cu ildə əsası qoyulan LCOE Yüksək Gərginlikli Texnologiya Mərkəzi ilə tanış olub. 


Digər xəbərlər