Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun şəhid məzunlarının doğum günüdür

AzTU-nun şəhid məzunlarının doğum günüdür

17.06.2022     243     AzTU

 

 

 

 

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ələddin Səidov və Elçin Bağırovun doğum günüdür.

Ələddin Səidov 1992-ci il iyunun 17-də Bakıda anadan olub. 1998-2009-cu illərdə 193 nömrəli məktəbdə orta, 2009-2013-cü illərdə isə AzTU-da ali təhsil alıb. Müddətli həqiqi hərbi xidmətini 2013-2014-cü illərdə Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə keçib. 2020-ci il sentyabrın 29-dan Vətən müharibəsinə qatılan Ələddin Səidov Füzuli, Cəbrayıl, Xocavənd - xüsusilə Hadrut və Qırmızıbazarda - Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 3-də Şuşada şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Elçin Bağırov 1994-cü il iyunun 17-də Bakıda anadan olub. Ailənin yeganə övladı olan Elçin Bağırov 2014-2018-ci illərdə AzTU-da ali təhsil alıb. Daha sonra Naxçıvanda N saylı hərbi hissənin artilleriya diviziyasında həqiqi hərbi xidmətini yerinə yetirib. Vətən müharibəsində könüllü iştirak edən Elçin Bağırovun xidmət etdiyi minaatan taburu böyük qəhrəmanlıqlar göstərib. Oktyabrın 21-də evə sonuncu dəfə zəng edib. Bir neçə gün sonra isə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

 


Digər xəbərlər