Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun tələbəsi, şəhid Rüfət Mustafayevin doğum günüdür

AzTU-nun tələbəsi, şəhid Rüfət Mustafayevin doğum günüdür

12.03.2023     251     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rüfət Mustafayev 1996-cı il martın 12-də Sumqayıt şəhərində anadan olub. 2013-2017-ci illərdə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin maşın mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Rüfət Mustafayev ailənin yeganə övladı olub. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ən qaynar nöqtələrində xidmət edib.

Rüfət Mustafayev 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı komandiri polkovnik-leytenant Zaur Cəfərovla birgə minaya düşərək şəhid olub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Rüfət Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik! 


Digər xəbərlər