Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun tərəfdaşı olduğu beynəlxalq layihə üzrə onlayn işçi görüş keçirilib

AzTU-nun tərəfdaşı olduğu beynəlxalq layihə üzrə onlayn işçi görüş keçirilib

24.03.2021     238     Arxiv

Avropa Birliyinin maliyyələşdirdiyi ERASMUS+KA2 proqramı çərçivəsində həyata keçirilən  (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP)  “Rusiya Federasiyası, Qazaxstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” layihəsi  çərçivəsində işçi görüş keçirilib. Görüş zamanı pandemiya dövründə layihə çərçivəsində həll olunacaq məsələlərin geniş müzakirəsi aparılıb.

Görüşdə layihəyə cəlb olunan tərəfdaşların nümayəndələri - Avropa Birliyinin layihə üzrə baş koordinatorunun nümayəndəsı, Yunanıstanın Qərbi Attika Universitetindən professor Panos Yannakopoulos, Fransadan konsultant, professor Jean Noel Pachoud, Rumıniyanın Cluj-Napoca Texniki Universitetindən Keyfiyyət üzrə Avropa eksperti Catalin İllasku, Azərbaycan Texniki  Univeritetindən (AzTU)  professor Həsən Hüseynov, Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vatanxah, baş mühasib Elşat Bağırov, Mühəndis fizikası və elektronika kafedrasının müəllimləri Telman Əliyev,  Rəhim Rəhimov,  Xədicə Əhmədova, Xanım Səmədova və Səid Rüstəmov iştirak edib.


Digər xəbərlər