Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici Dil Texnologiyaları İnstitutunun direktoru, filologiya elmlər doktoru, professor Əfqan Abdullayevin “Konseptual inteqrasiya, məna və anlama” (Conseptual integration, meaning and understanding) adlı məqaləsi Norveç Elmlər Akademiyasının təsis etdiyi “Norveç Beynəlxalq Elmin İnkişafı Jurnalı”nın (Norwegian Journal of development of the International Science (ISSN 3453-9875)) 92-ci sayında nəşr olunub. Jurnalın baş redaktotu Oslo Universitetinin professoru Karin Kristiansendir.
Əfqan Abdullayevin “Bizi əhatə edən dünyanı necə qavrayaq və başa düşək” (How to Perceive and Comprehend the World around Us?) adlı məqaləsi isə “Müasir Elmlərə dair Alman Beynəlxalq Jurnalı”nda (Deutsche internationale Zeitschrift für zeitgenössische Wissenschaft) çapdan çıxıb.