Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri sağlam həyat tərzini seçir

AzTU tələbələri sağlam həyat tərzini seçir

24.06.2022     204     AzTU

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə 26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar “Gənclər sağlam həyat tərzini seçir” adlı fləşmob keçirilib.

Fləşmobda iştirak edən AzTU tələbələri xüsusi plakatlar vasitəsilə “Gənclər sağlam həyat tərzini seçir”, “Biz narkomaniyaya yox deyirik!” adlı şüarlar yaradıb.

Qeyd edək ki, fləşmob YAP Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında imzalanana tədbirlər planına uyğun olaraq keçirilib.

  

  

 

 



Digər xəbərlər