Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri üçün ustad dərsi keçirilib

AzTU tələbələri üçün ustad dərsi keçirilib

15.03.2023     366     AzTU

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq memorandumunda nəzərdə tutulmuş tədbirlər çərçivəsində tələbələr üçün ustad dərsi keçirilib.

XRİTDX-nin şöbə müdiri Nadir Novruzov “Sızma testləri: Veb-saytlarda rast gəlinən boşluqlar” mövzusunda çıxış edib. Məruzəçi təmsil etdiyi qurumun kibertəhlükəsizlik sahəsində gündəlik fəaliyyəti haqqında qısa məlumat verib, veb-saytlara hücumların əsas siniflərini praktiki çalışmalar və sızma testləri şəklində nümayiş etdirib, onlara qarşı müdafiə tədbirlərini diqqətə çatdırıb.

Dərs zamanı bir sıra veb-saytlarda mövcud boşluqlar göstərilib və onların aradan qaldırılması üzrə tövsiyələr verilib.

Sonda tələbələrin sualları cavablandırılıb, uğurlu karyera qurmaq üçün məsləhətlər və təcrübə proqramları barədə məlumat verilib.

 


Digər xəbərlər