Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU TGT “İlin Tələbə Gənclər Təşkilatı” seçilib

AzTU TGT “İlin Tələbə Gənclər Təşkilatı” seçilib

02.02.2023     389     AzTU

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Tələbə Gənclər Təşkilatlarının 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan "ReBrend" Forumu keçirilib.

Forumun keçirilməsində əsas məqsəd TGT-lərin uzunmüddətli PR strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək göstərilməsindən ibarət olub. 

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Daha sonra “Tələbə Gənclər Təşkilatlarının qarşısındakı hədəflər və gözləntilər” mövzusunda tələbələrlə panel görüş keçirilib. 

Rəsmi hissə müxtəlif nominasiyalar üzrə TGT-lərin, TGT sədrlərinin və aktiv üzvlərin mükafatlanması ilə yekunlaşıb. 

İl ərzində ölkənin ictimai-sosial həyatına verdiyi töhfəyə və aktiv fəaliyyətinə görə Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatı (TGT)  “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb. 

“İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülən AzTU TGT-nin sədri Eyvaz Məhəmmədli öz fikirlərini bölüşüb: 

“Hesab edirəm ki, TGT-lərin düzgün kommunikasiya qurması istiqamətində bu kimi tədbirlərin keçirilməsi biz gənclərin inkişafı üçün çox faydalı və əhəmiyyətlidir. Bizim üçün xüsusi önəmli bir məqamı da qeyd etmək istərdim. “ReBrend” Forumunda Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatı olaraq “İlin TGT-si” adına layiq görüldük. Bu bizi çox sevindirdi, eyni zamanda məsuliyyətimizi daha da artırdı. Qarşıda bizi gözləyən hədəflərimiz var. Gənclərlə birgə hədəflərimizə çatacağımıza inanırıq. Bir daha diqqət üçün ATGTİ-yə təşəkkür edirik.”


Digər xəbərlər