Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Tələbə Gənclər Təşkilatlarının Forumu keçirilib.
Forumda Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ruslan Qənbərov 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində ölkənin ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətinin təşkili və həyata keçirilməsində fəal iştirakına görə "İlin Tələbə Gənclər Təşkilatı Sədri" mükafatına layiq görülüb.
Bundan başqa, AzTU TGT-nin nəzdində fəaliyyət göstərən AzTUMUN klubu "İlin Tələbə Klubu", AzTU TGT-nin baş katibi Nigar Əliyeva isə "İlin TGT nümayəndəsi" nominasiyasının qalibi olub.