Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalandı

AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalandı

24.09.2019     256     Arxiv

Sentyabrın 24-də Azərbaycan Texniki Universiteti (AzTU) və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

AzTU-nun rektoru, professor Vilayət Vəliyev universitetdə tələbələrin nəzəri biliklərinin istehsalatda tətbiqinin daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq 166 Global Logistics MMC ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.

AzTU və 166 Global Logistics MMC arasında ortaq logistik-akademik fəaliyyətin başladılmasını  nəzərdə tutan əməkdaşlıq müqaviləsi mövcud qanunvericiliyə və tərəflərin öz nizamnamələrinə uyğun olaraq hazırlanıb.

Müqavilədə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi, birlikdə layihələrin hazırlanması, gənc kadrların fərdi inkişafı, startapçıların layihələrinin reallaşdırılmasına dəstək, müasir texnologiyaların tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması, təhsildə fərqlənən tələbələrə təqaüdlərin verilməsi və s. müddəaların qarşılıqlı əməkdaşlıqla həyata keçirilməsi  nəzərdə tutulub.


Digər xəbərlər