Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU və Hacettepe Universiteti ömürboyü öyrənmə üzrə əməkdaşlığa başladı

AzTU və Hacettepe Universiteti ömürboyü öyrənmə üzrə əməkdaşlığa başladı

01.03.2024     550     AzTU

Türkiyədə səfərdə olan AzTU rektoru professor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti martın 1-də Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran və universitetin nümayəndələri ilə görüşüblər.

Görüş çərçivəsində AzTU və Hacettepe Universiteti arasında tədris-tədqiqat, xüsusilə ömürboyü öyrənmə istiqamətində birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, AzTU ömürboyü öyrənmə istiqamətində Hacettepe Universitetinin mövcud təcrübəsindən faydalanacaq və universitetlər hər iki ölkənin əmək bazarında tələb olunan ixtisaslar üzrə davamlı təhsil platforması ərsəyə gətirəcəklər.

Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova iştirak edir.


Digər xəbərlər