Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU və “İKTex” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU və “İKTex” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

14.03.2024     322     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “İKTex” MMC şirkətinə səfər edib. Nümayəndə heyəti MMC-nin direktoru Qabil Qasımovla görüşüb, həmçinin şirkətin fəaliyyəti ilə tanış olublar. Görüşdə universitet-sənaye əməkdaşlığının önəmi qeyd olunub, qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdən sonra AzTU və “İKTex” MMC arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memoranduma əsasən, IT sahəsində birgə tədqiqatların aparılması, tələbələrin məşgulluğunun təmin edilməsi məqsədilə innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur.


Digər xəbərlər