Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Brandenburq Texniki Universitetinin nümayəndə heyəti AzTU-ya səfər edib

Brandenburq Texniki Universitetinin nümayəndə heyəti AzTU-ya səfər edib

05.12.2022     425     AzTU

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində BTU-nun professoru, AzTU-nun fəxri doktoru Sylvio Simon və universitetin elmi işçisi Yuliya Marozova AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüşdə AzTU ilə BTU arasında mövcud əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.  

Rektor Vilayət Vəliyev AzTU-da yeni yaradılan Alman mühəndislik fakültəsi barədə qonaqlara məlumat verib. Bildirib ki, fakültə alman mühəndislik konsepsiyası əsasında qurulacaq. Fakültənin formalaşmasında BTU-nun təcrübəsindən də istifadə edilməsi planlaşdırılır.

AzTU-da olmaqdan məmnunluğunu ifadə edən Sylvio Simon yeni yaradılan fakültənin işinə uğurlar arzulayıb. Sylvio Simon Alman mühəndislik fakültəsinin yaradılmasının AzTU ilə BTU arasında əlaqələrin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

 


Digər xəbərlər