Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

13.04.2022     211     Arxiv

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində “Liderliyin əsasları” mövzusunda təlim keçirilib. Layihənin yerli tərəfdaşı olan 16 ali təhsil müəssisəsinin  prorektor və digər rəhbər şəxslərinin iştirak etdiyi təlim Azərbaycan HR İnstitutunun dəstəyi ilə təşkil olunub.

Təlimdə Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva iştirak edib.

Azərbaycan HR İnstitutunun əməkdaşı Vüqar Cəfərov təlimdə “Fərdi performansın komponentləri”, “Korporativ performansın komponentləri”, “Motivasiya”, “Maslow teoriyası”, “Herzberg teoriyası”, “Situativ liderlik modeli”, “Feedback verilməsi qaydaları”, “DİSC davranış modeli” mövzuları barədə ətraflı məlumat verib.

Sonda  iştirakçılara sertifikat təqdim olunub.


Digər xəbərlər