Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər ECAR layihəsi çərçivəsində növbəti təlim təşkil olunub

ECAR layihəsi çərçivəsində növbəti təlim təşkil olunub

27.10.2022     327     AzTU

 

“Erasmus+ KA2” proqramı çərçivəsində “Azərbaycanda Rektorlar Konfransının yaradılması”  (ECAR) layihəsi üzrə tərəfdaş universitetlərin nümayəndələri üçün ikigünlük təlim keçirilib.

Təlimdə AzTU-nu Xarici əlaqələr şöbəsinin əməkdaşı Mətanət Paşayeva və Dayanıqlı İnkişaf İnstitutunun baş elmi işçisi Natavan Namazova təmsil edib.

Təlimdə universitetlərin akkreditasiyası və beynəlxalq reytinq cədvəllərində yeri, şəbəkə fəaliyyətlərində üzvlərin rolu, rektorlar konfransının universitetlərin beynəlmiləşdirilmə strategiyasında rolu mövzularında müzakirələr aparılıb. Bundan başqa, rektorlar konfransının fəaliyyəti çərçivəsində dərc olunacaq publisistik jurnalın strukturunun formalaşdırılması, hədəf auditoriyasının müəyyənləşdirilməsi, idarə olunması, şəbəkə fəaliyyətinə töhfəsi, həmçinin konfrans üzvlərinin sayının artırılmasında jurnalın rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

 


Digər xəbərlər