Bu gün 20.04.2017-ci il tarixində Azərbaycan Texniki Universitetinin "Sənaye Ekologiya və HFT" kafedrasının 414a ixtisas qrupu tələbələri Azerbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Yer Günü və Akademik Həsən Əliyevin yaradıcılığına həsr edilmiş Dəyirmi Masa"-da iştirak etdilər. Görüş zamanı Yer Günü və Akademik Həsən Əliyevin həyat və yaradıcılığı və onun ekologiya elminə böyük tövhəsi barədə məlumat verildi və mövcüd ekoloji durum haqqında geniş müzakirələr aparıldı.