Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Erasmus+KA2 UniClaD layihəsi çərçivəsində idarəetmə heyətinin görüşü keçirilib

Erasmus+KA2 UniClaD layihəsi çərçivəsində idarəetmə heyətinin görüşü keçirilib

03.06.2021     168     Arxiv

Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ KA2 proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda  universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində idarəetmə heyətinin görüşü keçirilib.

Görüşdə cari və gələcəkdə icra olunacaq məsələlər, həmçinin qarşıdan gələn 3 aylıq və aralıq hesabatlılıq üzrə öhdəliklər müzakirə edilib, müvafiq tapşırıqlar verilib. 

Qeyd olunub ki, layihə çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şuranın qərarı ilə İnnovativ Texnologiyalar Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti üçün zəruri avadanlıqlar alınaraq universitetə çatdırılıb və hüquqi sənədlər hazırlanılıb. Mərkəzin fəaliyyətinin təmin olunması məqsədilə yol xəritəsi tərtib olunub və bu istiqamətdə fəaliyyətlərin təşkili  davam etdirilir. 


Digər xəbərlər