Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Erasmus+ KA2 UniClaD layihəsinin QR kodu tərəfdaşalara təqdim edilib

Erasmus+ KA2 UniClaD layihəsinin QR kodu tərəfdaşalara təqdim edilib

17.12.2021     222     Arxiv

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi üzrə onlayn formatda menecment görüşü keçirilib.

Litvanın Kaunas Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə təşkil olunan görüşdə layihə üzrə fəaliyyətlərin işlənməsi və maliyyəsi ilə bağlı məlumat verilib. Həmçinin layihənin subkomponentlərinin, o cümlədən ekspert mərkəzlərinin yaradılması, fəaliyyətlərin təşkili, pilot layihələrin işlənilməsi vəziyyəti, öyrədici səfərlərin və tələbə mobilliyinin planlaşdırılması, təlim modullarının işlənilməsi ilə bağlı müzakirə aparılıb.

Görüşdə layihə üzrə məlumatlılığın artırılması komponenti üzrə görüləcək işlər geniş təqdimatda müzakirə olunub, fəaliyyətlərin rəqəmsallaşdırılması məqsədilə layihə məlumatlarının QR kodu tərəfdaşalara təqdim edilib.

Qeyd edilib ki, layihə çərçivəsində 2022-ci il fevralın 21-də tərəfdaş universitelərin nümayəndələrinin iştirakı ilə “Yaşıl pedaqogika” mövzusunda seminarın keçirilməsi planlaşdırılır.

Görüşün sonunda tərəfdaşların sualları cavablandırlıb.


Digər xəbərlər