Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Layihə çərçivəsində universitet prorektorlarından ibarət fokus qrupun müsahibəsi keçirilib

Layihə çərçivəsində universitet prorektorlarından ibarət fokus qrupun müsahibəsi keçirilib

05.10.2021     156     Arxiv

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus + KA2 proqramı çərçivəsində “Azərbacanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə prorektorlardan ibarət fokus qrupun müsahibəsi keçirilib.

Görüş zamanı layihənin gedişatı haqqında ümumi məlumat verilib, sorğu nəticələrindən irəli gələn məsələllərin və görüləcək işlərin  müzakirələri aparılıb.

Bakı Biznes Universitetində baş tutan fokus qrup müsahibəsində Azərbaycan Texniki Universitini (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektor Sübhan  Namazov təmsil edib. Müsahibədə Erasmus+  milli ofisinin rəhbəri Pərviz Bağırov da iştirak edib.

Növbəti mərhələdə layihənin tərəfdaşı olan universitetlərin rektorlarından ibarət fokus qrup görüşünün keçirilməsi nəzərdə tutulur. 


Digər xəbərlər