Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər "UniClaD" layihəsi çərçivəsində növbəti menecment görüşü keçirilib

"UniClaD" layihəsi çərçivəsində növbəti menecment görüşü keçirilib

11.02.2022     217     Arxiv

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu "Erasmus+" KA2 “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində növbəti menecment görüşü keçirilib. Litvanın Kaunas Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə keçirilən görüşdə layihənin tərəfdaşları tərəfindən görülən işlər haqqında məlumat verib, qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. 

Layihə çərçivəsində ekspert mərkəzlərinin fəaliyyətinin təşkili və pilot layihələrin işlənməsi ilə bağlı görülən işlərin hesabatı dinlənilib. Komanda heyətinin, magistrant və doktorant tələbələrin Avropa ölkələrinə öyrədici səfərlərinin həyata keçirilməsi üçün müəyyən edilmiş vaxt qrafiki tərəfdaşlara təqdim edilib.

Qeyd olunub ki, layihə üzrə əlavə tədris materiallarının hazırlanması nəzərdə tutulub. Bununla bağlı 3 mövzu müəyyən olunaraq işlənilməsinə başlanılıb. O da bildirilib ki, layihə çərçivəsində 21 fevral 2022-ci ildə tərəfdaş universitetlərin geniş tərkibdə nümayəndələrinin iştirakı ilə “Yaşıl pedaqogika” mövzusunda seminar keçiriləcək. 

Görüşdə 25-29 aprel 2022–ci il tarixlərində 8 tərəfdaş ökədən 24 təşkilatın 60 nəfərədək nümayəndənin iştirakı ilə Azərbaycan Texniki Universitetində (Bakı) rəhbər komitə iclasının və Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə) beynəlxalq konfrasın keçirilməsi ilə əlaqədar səfər hazırlıqları da müzakirə olunub.

Sonda tərəfdaşların sualları cavablandırılıb. 


Digər xəbərlər