Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) qalib olduğu layihənin icrası ilə bağlı ilk görüş keçirilib.
Görüşdə AzTU-nun layihə üzrə komanda heyəti, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri iştirak edib.
“AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi mobillik yolu ilə professor-müəllim heyətinin elmi potensialını artırmağı nəzərdə tutur.
Görüşdə layihənin konsepti, komponentləri üzrə mövcud və qarşıda duran məqsəd və vəzifələri müzakirə olunub. Həmçinin layihədən gözlənilən nəticələr haqqında tərəfdaşlara ətraflı məlumat verilib.