Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub

Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub

25.10.2023     306     AzTU

Türkiyənin Milli Müdafiə Nazirliyinin tərkibindəki Makina və Kimya Sənayesi Korporasiyasının (MKEK) baş direktoru Prof. Dr. İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AzTU-nun fəaliyyəti barədə nümayəndə heyətinə geniş məlumat verən rektor Vilayət Vəliyev müasir dövrdə mühəndislik universitetlərində tədris və tədqiqatın keyfiyyətinin yüksəldilməsində universitet-sənaye əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.

Nümayəndə heyəti AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”, “Cezeri” laboratoriyası və digər mərkəzləri ziyarət edib. Ziyarət zamanı “Bilşim Vadisi Bakı”da təmsil olunan rezident şirkətlərin AzTU-da aparılan mühəndis hazırlığına faydaları, universitet-sənaye əməkdaşlığının inkişafında rolu, innovasiyaların dəstəklənməsinə verəcəkləri töhfələri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra tərəflər gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.


Digər xəbərlər