Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Türkiyənin Draft Şirkətinin nümayəndələri AzTU-da olublar

Türkiyənin Draft Şirkətinin nümayəndələri AzTU-da olublar

21.04.2017     373     Arxiv

Türkiyənin Draft Şirkətinin nümayəndələri aprelin 21-də Azərbaycan Texniki Universitetində olublar.

Tələbə mübadiləsi ilə məşğul olan Draft şirkətinin nümayəndələrini AzTU-nun rektor əvəzi Xalıq Yahudov qəbul edib. Görüşdə Xalıq Yahudov  hazırda rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib və Türkiyə universitetləri ilə daha sıx əlaqələrin yaranmasından məmnun olduğunu vurğulayıb.

Türkiyənin Draft şirkətini təmsil edən İlknur Kayar, Namık Gülhan və Mustafa Süzmetaş  AzTU ilə yaxından tanış olduqdan sonra öz şirkətlərinin fəaliyyətindən ətraflı danışıblar. Danışıqlarda qonaqlar AzTU ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər. Qeyd olunub ki, Draft şirkəti Türkiyənin Ankara, İstanbul, İzmir və digər şəhərlərinin bir çox ali məktəblərinə tələbə mübadiləsi aparır.

Daha sonra gələcəkdə görüləcək işlərin müzakirəsi aparılıb və əməkdaşlıq müqaviləsinin ilkin razılığı əldə edilib.

Görüşdə AzTU-nun Elm və texnika üzrə prorektoru İlham Pirməmmədov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Natiq Əhmədov və universitetin Xarici Tələbələr üzrə dekanı Elçin Mustafayev iştirak edib.

                               



Digər xəbərlər