Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Türkiyənin sənaye və texnologiyalar naziri “Bilişim Vadisi Bakı”da yeni rezidentlərin açılışını edib

Türkiyənin sənaye və texnologiyalar naziri “Bilişim Vadisi Bakı”da yeni rezidentlərin açılışını edib

03.10.2023     1008     AzTU

Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ziyarət edib.

Qonaqları AzTU-nun rektoru Vilayət Vəliyev və Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu qarşılayıb.

Əvvəlcə “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov texnoparkda  görülən işlər, rezident şirkətlər haqqında məlumat verib. Daha sonra ötən ay AzTU-da keçirilən “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə qatılan komandalar öz təqdimatlarını nümayiş etdirib.  Qeyd olunub ki, rəqəmsal oyun düşərgəsində uğurlu olan 3 startapa investisiya ayrılıb. Tədbir çərçivəsində “Havelsan” və “Baykar” şirkətlərinin ən böyük tərəfdaşlarından olan “Ordulu Texnologiya” şirkətinin Tədqiqat və İnkişaf mərkəzlərinin, həmçinin Avropanın ən böyük müdafiə, aviasiya və aerokosmik klasteri olan “SAHA İstanbul”un Azərbaycan Mərkəzinin açılışı olub.


Digər xəbərlər