Həmkarlar İttifaqı Komitəsi

Təşkilatın təqdimatı

Azərbaycan Texniki Universiteti (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK) öz fəaliyyətini “İnsan hüquqlarının ümumi bəyənnaməsi”, “Beynəlxalq Əmək Təşkilatı Komissiyaları”, respublikamızın müvafiq qanunları, “Azərbaycan Respublikasının Konsititusiyası”, “Həmkarlar İttifaqı” Azərbaycan Respublikasının qanunu və “Azərbaycan Respublikasının Əmək Məcəlləsi” əsasında qurur.

Bütün bunlarla yanaşı, həmkarlar ittifaqı bu vaxta qədər öz işlərində mühüm hüquqi sənəd olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməsinə əsaslanırdı. Azərbaycanın dövlət müstəqilliyi dövründə təşkilatın yeni Nizamnaməsi qəbul edilib. Hazırda təşkilat bütün işlərində bu Nizamnaməni əsas götürür və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi altında fəaliyyət göstərir.

Həmkarlar ittifaqı Komitəsi fəaliyyəti çərçivəsində ittifaq üzvlərinin mənafelərinin müdafiəsini aşağıdakı əsas istiqamətlərdə aparır:

- İttifaq üzvlərinin sosial müdafiəsi;
- Hüquqi müdafiə və əmək mübahisələrinin həlli;
- Əməyin və sağlamlığın mühafizəsi;
- Əməkdaşların asudə vaxtının təşkili, idman və s.

İttifaq üzvlərinin hüquq və mənafelərinin müdafiəsi sahəsində həyata keçirilən bütün tədbirlər universitetin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış kollektiv müqavilələr əsasında aparılır.