Energetika və avtomatika

Avtomatika və idarəetmə kafedrası

Avtomatika və idarəetmə kafedrası 2002-ci ildə universitetdə aparılan struktur islahatlarına uyğun olaraq Avtomatlaşdırma və idarəetmə kafedrası ilə Dəmiryol nəqliyyatında avtomatika və telemexanika kafedrasını bazasında yaradılıb.

Kafedrada Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil təhsil tədris olunur.

Kafedrada yüksək səviyyəli tədris – laboratoriya bazası və kompüter sinifləri yaradılıb. Ən müasir avtomatlaşdırma vasitələri olan proqrmlşdırılan məntiqi kotrollerlərlə və SCADA sistemləri ilə təchiz edilən (SİMATİC STEP 7, LOGO, EASY, PLCnext engineering, Oven) laboratoriylar yaradılıb və tələbələrin istifadəsinə verilib. 2 müasir stenddə müxtəlif fənnlər üzrə laboratoriya işləri qoyulub, 3 kompüter sinfi yaradılıb və onlar müasir proqram paketlərlə (TİA Portal, WINFACT, MATLAB, LABVIEW və s.) təchiz edilib. Bütün siniflər internet şəbəkəsinə qoşulub.

Kafedrada son beş ildə 2 monoqrafiya, 2 dərslik, 19 dərs vəsaiti, 3 metodik göstəriş çap edilib.

Kafedrada “Texniki sistemlərdə idarəetmə və informatika” mövzusu üzrə dövlət büdcəli elmi-tədqiqat işləri (rəhbər prof.Rüstəmov Q.Ə.) aparılır. İşdə texniki və energetik sistemlərin iş rejimlərində qeyri müəyyənliyin movcud olması, onların modelləşdirilməsi və robast idarə olunması məsələlərinə baxılır.

Elmi – tədqiqat işlərinin yerinə yetirilməsi üçün kafedrada geniş tərkibli müasir modelləşdirmə – hesablama vasitələri və proqram paketləri mövcuddur.

Kafedra 2002 və 2007-ci illərdə TEMPUS layihəsi çərçivəsində (ixtisas rəhbəri dos. Fərhadov V.Q.) Almaniyanın Tətbiqi Elmlər Universiteti, Hollandiyanın Heerlen Universiteti və Avstriyanın Qrats universiteti ilə elmi əməkdaşlıq edib. Göstərilən Avropa universitetlərinin köməyi ilə kafedrada yeni laboratoriya yaradılıb və müasir laboratoriya avadanlıqları ilə təchiz edilib. Tempus layihəsi çərçivəsində AzTU-da elektroenegetika mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndiliyi ixtisasları beynəlxalq akriditasiyadan (ASİİN) keçib.

Avtomatika və idarəetmə kafedrasında İKT-nin elm, təhsil və tədqiqat işlərində tətbinə, eyni zamanda bu sahənin sonrakı inkişafına zəmin yaradan Enerji Sistemləri Laboratoryası mövcuddur. Bu laboratoriyanın Azərbaycan Texniki Universitetində açılması ilə tələbələrə, magistrlərə, mühəndislərə energetika sahəsinin diaqnostikası, nəzarət metodlarının yaxşılaşdırilması, elektrik paylayıcı sistemlərində mühafizə, nəzarət kimi funksiyalar ən müasir səviyyədə tədris edilir.

Laboratoriya İKT-nın tətbiqi ilə energetika sahəsinin bir çox problem mövzularını özündə birləşdirərək, tələbələrə, tədqiqatçılara, sənaye mütəxəssislərinə təhlil aparmaq, böyük enerji sistemlərini analiz etmək imkanı verir.

Enerji Sistemləri Laboratoryasının köməyi ilə aşağıda qeyd edilən funksiyaları tam həyata keçirmək mümkündür:

• Yük axınlarının hesabatlarını;

• Qısa qapanma hesabatlarını;

• Generatorların dinamik dayanıqlıqlarının hesabatlarını;

• Enerji Sistemlərinin dinamik dayanıqlıqlıqlarnın və hormonik analizlərini;

• Sistemin etibarlılığın qiymətləndirilməsi;

• Rele mühafizəsi və avtomatikanın qoyuluş və zona qiymətlərinin optimallaşdırılması;

• Mürəkkəb mühafizə alqoritmlərinin, o cümlədən distansion və generatorların təkmilləşdirilmiş mühafizələrinin yoxlanılması (testi) və mühafizə alqoritminin təyin edilməsi;

• Enerji sistemlərində avtomatik idarəetmə sistemlərinin yoxlanılması;

• Enerji sistemlərində İnsan-Maşın interfeyslərinin və SCADA sisteminin yoxlanılması ( test olunması).

Qabaqcıl mühafizə sistemlərini özündə birləşdirən bu sistem, ən müasir laboratoriya avadanlıqları və xüsusi proqramlar olaraq “GE Digital Enerji” və ETAP şirkətləri tərəfindən Azərbaycan Texniki Universitetinə hədiyyə edilib.

Fəal tələbələr kafedrada aparılan elmi-tədqiqat işlərinə cəlb edilir, universitetdə keçirilən tələbə elmi-texniki konfranslarında məruzələrlə çıxış edirlər.