Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Energetika və avtomatika Avtomatika və idarəetmə kafedrası

Kafedra müdiri

Avtomatika və idarəetmə kafedrasının müdiri
texnika elimləri namizədi, dosent,
Fərhadov Vahid Qara oğlu
Tel: (+994 12) 539 11 36
E-poçt: vahidfarhadov@aztu.edu.az

Vahid Qara oğlu Fərhadov 1979-cu ildə orta məktəbi əla qiymətlərlə bitirib Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Avtomatika və hesablama texnikası fakültəsinə qəbul olub.1984-cü ildə univesitetin Maşınqayırmanın avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib.

1988-1990-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) aspirantı (doktorant) olub.

Əmək fəaliyyətinə universitetin İstehsal proseslərinin avtomatlaşdırılması kafedrasında baş laborant kimi başlayıb.

1984-1992-ci illərdə kafedrada baş laborant, 1992-1997-ci illərdə assistent, 1997-2010-cu illərdə baş müəllim işləyib. 2010-cu ildən kafedranın dosentidir.

2006-2011-ci illərdə kafedra müdrinin müavini işləyib.

2011-2012-ci illərdə Avtomatika və idarəetmə kafedrasına rəhbərlik edib. 2017-ci ildə yenidən kafedraya müdir vəzifəsinə seçilib və hazırda kafedraya rəhbərlik edir.

2008-ci ildə 05.13.05-Hesablama texnikası və idarəetmə sistemlərinin element və qurğuları ixtisası üzrə “Sferik kordinatlı sənaye robotunun tədqiqi və optimal idarə edilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adını alıb.

AKT fakültəsinin fakültə Şurasının üzvüdür.

40-dən çox elmi məqalənin, o cümlədən 7 dərs vəsaitinin, 7 metodik göstərişin müəllifidir.