1.1 Bu Əsasnamə Azərbaycan Texniki Universitetinin Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının fəaliyyət istiqamətlərini, əsas vəzifələrini, hüququnu və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
1.2 Kimya texnologiya, təkrar emal və ekologiya kafedrası Metallurgiya və materialşünaslıq fakültəsinin tərkibində Azərbaycan Texniki Universitetin(AzTU) tədris-elm struktur bölməsi olub Ali ixtisas təhsilinin dövlət standartının “Kimya mühəndisliyi”, “Ekologiya mühəndisliyi” “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasi üzrə hazırlığın məzmununa və səviyyəsinə qoyulan minimum tələblər əasında tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması işlərini həyata keçirir.
1.3 Kafedra öz fəalliyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını, Ali ixtisas təhsilinin dövlət standartını, AzTU-nun Nizamnaməsini və normativ sənədlərini, AzTU və fakültə, elmi şuraları qərarlarını, AzTU üzrə Daxili qaydaları, AzTU-nun rektorunun əmrlərini, tərkibinə daxil olduğu Metallurgiya və materialşünaslıq fakültəsinin əsasnaməsini rəhbər tutur.
1.4 Kafedra öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən universitetin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2.1. Kafedranın fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. dövlət təhsil standartlarına və kafedrada hazırlanan ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərinin və tədris prosesinin təşkilinə aid digər sənədlərin səlahiyyətləri çərçivəsində hazırlanması;
2.1.2. tədris prosesini təşkil edilməsi və onun monitorinqinin həyata keçirilməsi;
2.1.3. yekun attestasiya işləri üzrə müdafiə və dövlət attestasiya komissiyaların işini təşkil edilməsi və həyata keçirilməsi;
2.1.4. profilinə uyğun elmi-tədqiqat işlərini həyata keçirir və elmi-metodik sənədlərin hazırlanması;
2.1.5. elmi əlaqələrin yaradılması, təhsil və elmi-texniki əməkdaşlıq haqqında saziş və müqavilələrin bağlanması, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə iştirak edilmasi;
2.1.6. təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və elmi-metodik təminatın, elektron informasiya resurslarının yaradılması;
2.1.7. elmi əsərləri, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatların hazırlanması və nəşr edilməsi;
2.1.8. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi.
3.1. Kafedra bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya, praktiki və digər növ dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılması;
3.1.2. kurs işləri və layihələrinə, referatlara rəhbərlik edilməsi;
3.1.3. tələbələrin sərbəst və müstəqil işlərinə rəhbərlik edilməsi;
3.1.4. təhsil alanların təlim nəticələrinin cari, dövri və yekun (imtahanların) qiymətləndirilməsi;
3.1.5. tədris və istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrə rəhbərlik edilməsi;
3.1.6. bakalavr buraxılış işi və magistrlik dissertasiyalarına rəhbərlik edilməsi;
3.1.7. yekun attestasiyaların təşkili və keçirilməsi;
3.1.8. təhsil alanlar arasında tərbiyə işinin təşkili;
3.1.9. kafedraya təhkim olunmuş fənlər üzrə tədris proqramlarının işlənib hazıırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
3.1.10. dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlər, əyani vəsaitlər və s. hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyata rəy verilməsi;
3.1.11. elmi-tədqiqat işlərinin (ETİ) aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;
3.1.12. tamamlanmış ETİ-lərin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
3.1.13. kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
3.1.14. respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor- müəllim heyətinin qabacıl iş təcrübəsinin öyrənilməsi və yayılması, yeni işə başlayan və gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
3.1.15. tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi; elmi-pedaqoji və elmi kadrların hazırlanması;
3.1.16 kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
3.1.17. qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-metodiki köməklik göstərilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;
3.1.18. informasiya sahələrində çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərmək;
3.1.19. kafedranın məzunları ilə daim əlaqənin təşkil edilməsi;
3.1.20. elmi biliklərin təbliğ edilməsi.
4.1. Kafedra vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
4.1.1. Bakalavr və magistr səviyyələ dövlət təhsil standartlarına və kafedrada hazırlanan ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini hazırlamaq;
4.1.2 Kafedra ali təhsilin bakalavriat və magistratura pillələri üzrə ali təhsil proqramlarını (kurikulumları) həyata keçirmək;
4.1.3. dövlət təhsil standartlarına və kafedrada hazırlanan ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris prosesini təşkil edilmək və onun monitorinqinin həyata keçirilmək;
4.1.4. yekun attestasiya işləri üzrə müdafiə və dövlət attestasiya komissiyaların işini təşkil etmək;
4.1.5. profilinə uyğun elmi-tədqiqat işləri, layihələri hazırlamaq və həyata keçirmək;
4.1.6. elmi-metodik sənədləri hazırlamaq;
4.1.7. təhsil və elmi-texniki əməkdaşlıq əlaqələrin yaratmaq;
4.1.8. təhsil və elmi ilə bağlı beynəlxalq layihələrdə iştirak etmək;
4.1.9. elmi əsərləri, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatlar hazırlamaq və nəşr etmək;
4.1.10. kafedranın maddi-texniki və tədris bazasını maddi-texniki və tədris bazasının genişləndirmək.
5.1. Kafedranın yaradılması, ləğv edilməsi və ya yenidən təşkili mövcud qaydada AzTU Elmi şurasının qərarı əsasında rektorun əmri ilə həyata keçirilir;
5.2. Kafedranın kollektivi Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanununa, AzTU haqqında Əsasnaməyə, AzTU-nun professor-müəllim heyətinin vəzifələrə seçilməsi qaydalarına uyğun olaraq formalaşdırılır;
5.3. Kafedranın işi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnamə və AzTU-nun Nizamnaməsinin müvafiq tələbləri əsasında qurulur;
5.4. Kafedranın öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnamənisnə uyğun olaraq fəaliyyət göstərir;
5.5. Kafedranın tərkibinə kafedra müdiri, professorlar, dosentlər, baş müəllim, müəllim və assistentlər, elmi işçilər, tədris-köməkçi və digər kateqoriyadan olan işçilər daxildirlər. Bu vəzifələrə təyinolunma rektor tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Seçki və ya təyinatla tutduğu müddət başa çatan, eləcə də vakant professor, dosent, baş müəllim, müəllim və assisent vəzifələrinə müsabiqə elan olunur;
5.6. Əxlaqi qüsurlara, əmək intizamını pozduğuna, vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyinə və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa hallara görə tutduğu vəzifədə işləməyə layiq görülməyən kafedra müdiri və professor-müəllimlər rektorun əmri ilə qanunvericilikdə nəzərdə tutulan qaydada vəzifəsindən azad edilir. Bu zaman müvafiq kafedranın təqdimatı və onların seçildiyi Elmi şuranın qərarı əsas götürülür;
5.7. Kafedraya ümumi rəhbərlik, bir qayda olaraq elmlər doktoru, professor və ya elmlər doktoru elmi dərəcəsi və elmi rütbəsi olan kafedra müdiri tərəfindən həyata keçirilir;
5.8. Kafedra müdiri kafedranın fəaliyyətinin nəticələrinə görə kafedranın kollektivi, fakültə, AzTU elmi şuraları və rəhbərlik qarşısında məsuliyyət daşıyır;
5.9. Kafedra müdiri təhsil proqramlarını həyata keçirən professor-müəllim heyətinin ixtisası, elmi adı və dərəcəsi, elmi-tədqiqat işlərinin yönümü tədris etdikləri fənnə uyğunluğunu müəyyənləşdirməyə cavabdehlik daşıyır.