Maşınqayırma və robototexnika

Mexatronika və maşın dizaynı kafedrası

Mexatronika və maşın dizaynı kafedrası 2021-ci ildə Azərbaycan Texniki Universitetində (AzTU) aparılan struktur islahatları çərçivəsində üç kafedranın bazasında - Maşınların konstruksiyaedilməsi, Maşın və mexanizmlər nəzəriyyəsi və Mühəndis qrafikası kafedralarının birləşdirilməsi ilə təşkil edilib.

1950-ci ildə yaradılan Mexanizmlər nəzəriyyəsi,maşın detalları və yükqaldırıcı-nəqledici mexanizmlər və Tərsimi həndəsə kafedraları Azərbaycan Politexnik İnstitutu (indiki AzTU) ilə yaşıddırlar.

AzTU-nun elmi potensialının böyük bir hissəsi Mexanizmlər nəzəriyyəsi, maşın detalları və yükqaldırıcı-nəqledici mexanizmlər kafedrasının yetişdirmələridir. Həmin kafedranın bazasında Yüngül və yeyinti sənayesi maşınları kafedrası, İnşaat yol maşınları kafedrası(1960), Maşın detalları və yükqaldırıcı-nəqledici maşınlar kafedrası və Maşın və mexanizmlər nəzəriyyəsi (1970) kafedrası yaradılıb. Müxtəlif illərdə kafedraya İsrafil İsmayıl oğlu Qarayev, professor, t.e.d. Ayaz Hidayət oğlu Abdullayev, prof. Əli Məmməd oğlu Nəcəfov, professor, t.e.n. Ayaz Kəngərli, professor, t.e.d. Şəmsəddin Bağırov, professor, t.e.d. Rasim Əlizadə, professor, t.e.d. İsa Xəlilov rəhbərlik edib.

Mühəndis qrafikası kafedrası 1950-ci ildə təşkil olunub. Bu kafedra 1975-ci ildə Tərsimi həndəsə kafedrası və Mühəndis rəsmxətti kafedrası birləşməsindən yaradılıb. Müxtəlif illərdə bu kafedraya prof. K.S.Məmmədov, dos. Q.Ə.Səlimxanov, dos. T.M.Musayev, dos.V.Z. Mövla-zadə, dos.K.Musayev, prof. X.İ.Xubanov, prof. M.R. Mustafayev, dos. S.H. Mirzəyev və dos. Ə.S. İmanov rəhbərlik ediblər.

Hazırda Mexatronika və maşın dizaynı adı ilə fəaliyyət göstərən kafedra AzTU-nun ən böyük kafedralarından biridir. Kafedra əməkdaşlarının elmi-tədqiqat işlərinin nəticələri Rusiya, ABŞ, Polşa, Almaniya, İngiltərə, İtaliya, Finlandiya, Türkiyə, Çin Xalq Respublikası, Səudiyyə Ərəbistanı və s. kimi xarici ölkələrin nüfuzlu jurnallarında nəşr olunub. Kafedranın əməkdaşları tədris və elmi-tədqiqat fəaliyyətlərini uğurla davam etdirirlər.