Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Maşınqayırma və robototexnika Mexatronika və maşın dizaynı kafedrası

Elmi-texniki əlaqələr

Maşın Hissələri kafedrasının respublikamızın müxtəlif universitetləri, ali-texniki məktəbləri, maşınqayırma zavodları, istehsalat birlikləri və müəssisələri arasında geniş  elmi-texniki əlaqələri vardır.

ARDNŞ-in sifarişi əsasında mancanaq dəzgahının yeni konstruksiyasının hazırlanması

Kafedranın əməkdaşlarının aldığı Avrasiya patenti çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi əsasında neft quyularının mancanaq dəzgahının yeni layihəsi işlənilmiş və bu layihəyə uyğun olaraq Bakı Fəhləsi zavodunda ikiaxınlı üçpilləli paket reduktorunun hazırlanmasına başlanılmışdır.

“Gilan Lift” firmasının sifarişi ilə liftin qapı intiqalının ötürücü mexanizminin yeni konstruktiv həlli

“Gilan Lift” firması Bakı şəhərində quraşdırdığı liftlərin qapı intiqalının ötürücü mexanizmi olan qayışların tez-tez sıradan çıxması və mexanizmdə baş verən nasazlıqlar, imtinalar haqqında məlumat vermişdir. Bu problemlərin aradan qaldırılmaq, mövcud konstruksiyanı təkmilləşdirmək istiqamətində “Gilan Lift” firmasının dəstəyi ilə elmi-tədqiqat işləri aparılması zərurəti yaranmışdır. Bu işləri reallaşdırmaq üçün firma AzTU-nun Maşın detalları və yükqaldıran-nəqledici maşınlar kafedrasını Türkiyənin DEMAS firmasının istehsalı olan qapı intiqalı mexanizmi (şək.1) və digər zəruri avadanlıqlarla təmin etmişdir.


Şəkil 1. Demas firmasının lift qapılarının avtomatik idarə edilmə mexanizmi.

 

DEMAS firmasının qapı mexanizminin konstruksiyası təhlil edilmiş və aşağıdakı mənfi cəhətlərə malik olduğu aydınlaşdırılmaışdır:

  1. Ötürücü mexanizm kimi yalnız ikipilləli çoxpazlı qayış ötürməsindən istifadə edilmişdir, buna görə də ötürmə nisbəti sabit ola bilməz;
  2. Ötürmənin qabarit ölçüləri çox böyükdür;
  3. Hər iki pillədə, xüsusilə birinci pillədə ötürmə ədədi çox böyükdür, bu isə qayış ötürməsi üçün münasib deyildir. Belə ki, qayış ötürməsində ötürmə ədədinin 6-dan böyük götürülməsi məqsədəuyğun deyil, çünki ötürmə ədədi bu qiymətdən yuxarı olduqda qayışda əyilmə gərginliyi kəskin artır və bu qayışın ömrünü azaldır.
  4. Hər iki pillədə qayış ötürmələrinin mərkəzlərarası məsafələri böyük olduğundan, iş zamanı qayışın uzanması və tarımlığının azalması labüddür. Mexanizmdə isə etibarlı tarımlıq qurğusundan istifadə edilməmişdir.
  5. Qayışın işləmə müddəti azdır, liftlərə texniki xidmət göstərən firmaların nümayəndələrinin dediyinə görə tez-tez qayışı yenisi ilə əvəz etmək  lazım gəlir.

Bütün bunları nəzərə alaraq, göstərilən çatışmazlıqları aradan qaldırmaq məqsədi yeni ötürücü mexanizmin layihələndirilməsi məsələsi qarşıya qoyulmuşdur.  Beləliklə, liftin qapı intiqalının ötürücü mexanizminin yeni konstruksiyası təklif edilmişdir (şəkil 2).

Şəkil 2. Liftin qapı intiqalının ötürücü mexanizminin yeni konstruktiv həlli.

 

Yeni təklif olunan konstruksiyanın əsas mahiyyəti ondan ibarətdir ki, burada böyük ötürmə nisbəti almaq üçün iki pilləli, iri qabarit ölçülü qayış ötürməsi əvəzinə tələb olunan ötürmə ədədinə, kompakt ölçüyə, yüksək unifikasiya dərəcəsinə və sadə konstruksiyaya malik, metallopolimer ötürməli üç pilləli silindrik dişli çarxlı paket reduktordan istifadə edilmişdir. Bunun nəticəsində qapı mexanizminin intiqalının qabarit ölçüsü 1,8 dəfə azalmış, etibalılığı yüksəldilmişdir.