Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Xəbər

AzTU əməkdaşları Buxarest İqtisadiyyat Universitetində səfərdədir

2022-06-14
79
AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri Fariz Məmmədov və Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah “Erasmus+” KA1 mobillik proqramı çərçivəsində Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində səfərdədir.

Səfər çəçivəsində AzTU əməkdaşları Buxarest İqtisadiyyat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Marius Profiroiu ilə görüşüblər.

Görüşdə AzTU-da görülən işlər, həyata keçirilən layihələr, universitetin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. Həmçinin AzTU ilə Buxarest İqtisadiyyat Universiteti arasında müxtəlif istiqamətlərində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib.

Buxarest İqtisadiyyat Universitetinin beynəlxalq əlaqələr şöbəsində və Dayanıqlı inkişaf üzrə tədqiqat mərkəzində keçirilən görüşlərdə isə universitetlər arasında “Erasmus+” proqramı çərçivəsində mobilliyin inkişaf etdirilməsi və birgə tədqiqatla bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

 



Digər xəbərlər