Gürcüstanda bir semestr mübadilə imkanı
Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Gürcüstanın Alte Universitetində 2026/2027 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Alte Universitetində ixtisas və tədris planları ilə linkə daxil olaraq tanış ola bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;
- Ərizə forması (Application Form);
- İmzalı və möhürlü transkript (ÜOMG minimum 75 bal);
- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)
- CV / Rezüme
- Motivasiya məktubu
QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Alte Universitetində bir semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri international@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· İngilis dili biliyini təsdiq edən IELTS/TOEFL sertifikatına malik olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.
Müraciət üçün son tarix: 24.11.2026
Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-poçt: international@aztu.edu.az

