AzTU
Haqqımızda

Akkreditasiya

Azərbaycan Texniki Universitetinin akkreditasiya prosesləri, növləri və beynəlxalq tanınması haqqında.

Akkreditasiya nədir?

Akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına və normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə həyata keçirilən rəsmi qiymətləndirmə prosesidir. Bu proses müəssisənin statusunun müəyyən edilməsinə, təhsil proqramları üzrə tələbə say həddinin təsdiqlənməsinə və fəaliyyətinin növbəti dövr üçün davam etdirilməsinə hüquqi əsas yaradır.

Akkreditasiyanın əhəmiyyəti

  • Təhsilin keyfiyyətinin təmin olunması
  • Diplomların milli və beynəlxalq səviyyədə tanınması
  • Təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması
  • Universitetin beynəlxalq reytinq və imicinin yüksəlməsi
  • Məzunların rəqabət qabiliyyətinin artırılması

Hüquqi əsaslar

Akkreditasiya prosesi aşağıdakı normativ sənədlərə əsaslanır:

  • "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
  • Nazirlər Kabinetinin müvafiq qərarları
  • Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) qaydaları

Akkreditasiya növləri

1. İnstitusional akkreditasiya

İnstitusional akkreditasiya təhsil müəssisəsinin ümumi fəaliyyətinin qiymətləndirilməsini əhatə edir.

  • Təhsil standartlarına uyğunluğun yoxlanılması
  • İdarəetmə və tədris sisteminin qiymətləndirilməsi
  • Hər bir ixtisas üzrə tələbə say həddinin müəyyən edilməsi
INQAAHE

İnstitusional akkreditasiya Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 5 ildən bir həyata keçirilir və müvafiq sertifikatın verilməsi ilə yekunlaşır.

TKTA veb saytıAzTU İnstitusional akkreditasiyanın yekun hesabatıAzTU İnstitusional akkreditasiya sertifikatı

2. Proqram akkreditasiyası

Proqram akkreditasiyası konkret ixtisaslar üzrə təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsini əhatə edir. Bu zaman aşağıdakı meyarlar əsas götürülür:

  • Kurikulumun məzmunu
  • Maddi-texniki baza
  • Akademik heyətin peşəkarlığı
  • Tələbə nailiyyətləri
  • Əmək bazarına uyğunluq

Bu akkreditasiya həm TKTA, həm də beynəlxalq qurumlar (ENQA üzvü olan) tərəfindən həyata keçirilə bilər.

Beynəlxalq akkreditasiya – AQAS

AQAS Almaniyada yerləşən müstəqil akkreditasiya agentliyidir və ali təhsil proqramlarının Avropa standartlarına uyğunluğunu qiymətləndirir.

  • Beynəlxalq tanınma yaradır
  • Tələbə cəlbediciliyini artırır
  • Təhsil keyfiyyətinin Avropa standartlarına uyğun olduğunu təsdiqləyir
AQAS Accreditation

Akkreditasiya prosesi

  1. 1Özünütəhlil hesabatının hazırlanması
  2. 2Sənədlərin təqdim olunması
  3. 3Ekspert qiymətləndirilməsi
  4. 4Yerində yoxlama (site visit)
  5. 5Yekun qərar və sertifikatın verilməsi

Proqram akkreditasiyası yekun hesabatları

Hesabatlar tezliklə əlavə ediləcək.

Proqram akkreditasiyası sertifikatları

ISO nədir?

ISO (International Organization for Standardization) – beynəlxalq standartlar hazırlayan təşkilatdır. Bu standartlar təşkilatların fəaliyyətini daha keyfiyyətli, effektiv və sistemli qurmasına kömək edir.

  • ISO 9001 – Keyfiyyət idarəetmə sistemi
  • ISO 27001 – İnformasiya təhlükəsizliyi
  • ISO 14001 – Ətraf mühitin idarə olunması
  • ISO 45001 – Əməyin mühafizəsi və təhlükəsizlik

Azərbaycan Texniki Universiteti ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə sertifikatlaşdırılmışdır.

Haqqımızda | Azərbaycan Texniki Universiteti