
01 · 1950–1954
Mahmud Məmmədov
1950–1954Azərbaycan Texniki Universitetinin (AzTU) ilk rektoru Mahmud Tağı oğlu Məmmədov 1909-cu ildə anadan olub. 1933-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirib və həmin institutda müəllim, dekan vəzifəsində çalışıb. 1939-cu ildə Moskvada Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunun aspiranturasını bitirərək namizədlik dissertasiyasını müdafiə edib. 1942–1950-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini, Nazirlər Sovetinin sədr müavini işləyib və 1950–1954-cü illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) rektoru olub.











